40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-2027-ci tədris ilində Azərbaycanda 124 mindən çox uşaq I sinfə gedəcək. Ötənilki rəqəmlərə nəzər salsaq, şagirdlərin sayında 8 min nəfərə yaxın azalma olduğunu müşahidə edərik.
Milli.Az "ölkə.az"a istinadla xəbər verir ki, son 10 ildə I sinfə gedənlərin sayı 40 min nəfərə yaxın aşağı düşüb.
Bu da 24,4% azalma deməkdir.
2016-2017-ci tədris ilindən bəri I sinfə qəbul olunan şagirdlərlərin sayı ilə bağlı qrafiki təqdim edirik:
Qrafikdən də göründüyü kimi, son illər birinci sinfə qəbul olan uşaqların sayı azalan tendensiya ilə davam edir.
"Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, bu azalma davam edəcək və 2035-ci ildən sonra isə böhran həddinə çata bilər:
"Çünki fertillik əmsalı (nəsilvermə) Azərbaycanda sürətlə aşağı düşür. 60-cı illərdə bu əmsal 6 vahid idisə, hazırda 1,4 vahid və ya daha aşağıdır. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, selektiv abortlar nəticəsində qızlar bioloji normadan az, oğlanlar isə bioloji normadan çox doğulur. Bu da əhalinin cins tərkibinin dəyişməsinə səbəb olur. Cins tərkibindəki dəyişikliklər nəticəsində qadınların sayı kişilərdən azdır. Paralel olaraq doğumun aşağı düşməsi 2035-2040-cı ildən sonra uşaqların yaş və cins tərkibində ciddi dəyişikliklərin olacağından xəbər verir".
Ekspertin fikrincə, doğumdakı azalmalar kritik həddədir:
"Bu, qlobal inkişafla bağlıdır. Ailələr daha çox övlad dünyaya gətirmək istəmir, adətən bir və ya iki övladla kifayətlənirlər. Bununla bağlı bəzi dövlətlər stimullaşdırıcı tədbirlər görürlər. Doğrudur, ölkəmizdə bu hal hələ böhran vəziyyətinə çatmayıb. Lakin qarşıdakı onilliklərdə böhranla qarşılaşmaq mümkündür".
S.Məmmədov stimullaşdırıcı tədbirlərin görülməsinə, maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu qeyd edib.
Təhsil məsələləri üzrə ekspert Elmin Nuri bildirib ki, məsələnin kökündə demoqrafik problem dayanır:
"Ümumilikdə, yeni anadan olan uşaqların sayında xeyli geriləmə var. Məsələn, 2025-ci ildə doğulan uşaqların sayı 95 min 875 nəfər olub. Bu o deməkdir ki, 6 il sonra birinci sinifə gedən uşaqların sayında ciddi azalma olacaq".
Ekspert deyir ki, nəticə olaraq, məktəblərdə bir sıra siniflərin bağlanması gözlənilir:
"Uşaq sayı az olacaqsa, sinif sayı da aşağı düşəcək. Sinif sayı azaldıqca isə müəllimlərin sayı azalacaq və onlar ixtisara düşəcək. Bakı, Sumqayıt şəhərlərində Abşeronun bəzi məktəblərində əhali sıxlığına görə siniflərdə şagird sıxlığı olsa da, demoqrafik azalma ilə bunu fərqləndirmək lazımdır.
E.Nuri bizi bu istiqamətdə ciddi təhlükə gözlədiyini deyir:
"Məktəb binası, sinif otaqları şagird üçün var. Acı gerçək odur ki, sonrakı dövrlərdə istifadəsiz qalmış, ya da potensialından daha az şagirdi olan məktəblər görə bilərik".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Bakının bu ərazilərində qaz olmayacaq
XƏBƏR LENTİ
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)
-
Millətlər Liqası: Bu gün daha 10 oyun var
-
Türk aktrisanı Merilin Monroya bənzətdilər - (Video)
-
Özünüməşğulluq proqramı ilə verilmiş əmlakın geri alınmasına dair Ali Məhkəmədən mühüm qərar
-
Ağsuda avtomobil 69 yaşlı kişini vuraraq öldürdü
-
Bakının bu ərazilərində qaz olmayacaq
-
Neftin qiyməti yenidən qalxdı
-
Pensiyalar ödənildi
-
Aslıhan Doğan: “Ardanı evə buraxmırdım”
-
Mağazada bu hallara yol verənlər 6 min manat cərimələnə bilər





