Ölkə

Yeni təyin edilən nazir kimdir? - DOSYE

6 May 2025 16:04
Baxış: 1 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Kazım Hüseynəliyev Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təyin olunub.

Milli.Az xəbər verir ki, Kazım Hüseynəliyev 1987-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə başa vurub.

Ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasında "Menecment və strateji idarəetmə" ixtisası üzrə alıb. 2012-ci ildən etibarən əmək fəaliyyətinə başlayıb.

Əmək fəaliyyəti dövründə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə çalışıb - aparıcı məsləhətçi, sektor müdiri və şöbə müdiri olub.

2024-cü ildə dövlət xidmətindəki səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.