Mədəniyyət

Reanimasiyaya yerləşdirilən xalq artistinin vəziyyəti necədir?

1 Oktyabr 2025 16:42
Baxış: 416
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xalq artisti Ramiz Quliyevin vəziyyətində müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır.

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının şöbə rəisi Tural Sadıqov deyib.

"Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır. Hemodinamik göstəricilər stabildir. Diurez adekvatdır. İnfeksion göstəricilərdə müsbət dinamika qeyd olunur. Huşu yuxuya meyillidir. Xəstədə müsbət dinamika davam edərsə, sabah evə buraxılması planlaşdırılır", - o qeyd edib.

Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fondu Xalq artistinin səhhətini nəzarətə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.