Mədəniyyət

“Azerbaijan Kids Fashion Show 2026” adlı uşaq moda müsabiqəsi keçirilib - FOTO

5 Yanvar 2026 18:57
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Star Kids Group MMC" şirkətinin təşkilatçılığı ilə Badamdar Hotel & Residences məkanında "Azerbaijan Kids Fashion Show 2026" adlı uşaq moda müsabiqəsi keçirilib. 

Tədbirdə 4-14 yaş aralığında olan 85 uşaq model iştirak edib. Onlardan 53-ü qız, 32-si oğlan olub. Final mərhələsində 17 modelyer-dizaynerin hazırladığı geyim kolleksiyaları nümayiş etdirilib.

Moda yarışmasını Azərbaycanın tanınmış simaları, modelyer-dizaynerlər, xalq və əməkdar artistlər, eləcə də rəsmi şəxslər izləyiblər.

"Star Kids Group"un direktoru Aygün Əliyeva bildirib ki, layihənin əsas məqsədi xüsusi istedada malik uşaqların və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək, onları əvvəlcə ölkə daxilində, daha sonra isə beynəlxalq arenada tanıtmaqdır.

Müsabiqənin münsiflər heyətində Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Əməkdar artist Şölə Səfərəliyeva, müğənnilər Elnur Məmmədov və Rüfət Axundov, stilist Sərxan Həsənov, yazıçı Gülşən Behbud, model Rəhimə Mənsimzadə, iş adamları İlahə Əliyeva və Aynur Abbasova iştirak ediblər.

Yarışmanın yekununda müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qalib olan uşaqlar və modelyerlər mükafatlandırılıblar.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.