Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Natəvanın "tələbəsi" Qəmər bəyim Şeyda...
25 İyul 2012 20:12
Baxış: 3 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, XIX əsr Azərbaycanda yaranan ədəbi məclislərin daha gur, qızğın dövrü sayılır. XIX əsrdə yaranan və ədəbi prosesi dinamik hala gətirən məclislər, əsasən, orta əsrdəki klassik şeir məclislərini xatırlatsa da, burada fərqli məqamlar da diqqətdən yayınmır. Ədəbi məclislərdə təkcə şeir müzakirəsi keçirilmir, həm də dövrün, zamanın yeni meyl və tendensiyalarının da ifadəsi öz əksini tapırdı. Bu məclislərin özü də ədəbiyyatda maarifçilik xəttinin bir təzahürü idi. Azərbaycanın ayrı-ayrı bölgələrində yaranan bu ədəbi məclislər vahid ədəbi prosesin ayrı-ayrı şaxələri kimi bir-birilə sıx bağlı idilər, məclislər arasında məktublaşmalar gedirdi, bir məclis üzvünün digər bir məclisdə iştirak etməsi də təəccüblü deyildi.
XIX əsrdə Azərbaycanda mövcud olan ədəbi məclislərdən biri də şöhrəti Qarabağın hüdudlarını aşan "Məclisi-üns"dür. 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşudbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşdı.
Həmin tarixdə bu bölgədə yetişən və məşhurlaşan yazarların yaradıcılığına nəzər saldığımız zaman, onların arasında necə bir ədəbi yarış getdiyinin şahidi olarıq. Bəzən bu yarış qısqanclıq müstəvisinə keçib, xətdən çıxsa da, o dövrün sağlam ədəbi mühitinin inkişafında daha böyük rol oynayıb. O mötəbər məclisin yetirmələrindən biri də Qəmər bəyim Şeydadır.
Qəmər bəyim Şeyda 1881-ci ildə Şuşa şəhərində anadan olub. Onun atası Əkbər ağa Qarabağın tanınmış mülkədarlarından biri idi. O hələ kiçik ikən atası vəfat edir və uşaqlar ailənin böyük oğlu Məhəmməd ağanın himayəsində qalır. Məhəmməd ağa bacılarının təlim-tərbiyəsi ilə xüsusi olaraq məşğul olur. Onlar üçün müəllim tutur. "Ailə məktəbi"ndə - yəni evdə təhsil alırlar. Qəmər bəyim ibtidai təhsilini başa vurduqdan sonra qardaşının məsləhəti ilə "Şuşa gimnaziyası"nda təhsilini davam etdirir. Məhəmməd ağa bacısı Qəmər bəyimin hərtərəfli inkişafı üçün əlindən gələni edir, hətta ona at çapmaq, tüfəng atmaq da öyrədir.
Ədəbi məclisin gənc qələmi
"Məclisi-üns"ün növbəti yığıncaqlarının birində Xurşudbanu Natəvan yanında oturan 13-14 yaşlı qızı dərnək üzvlərinə təqdim edir: "Bu gənc qızın adı Qəmərdir. Yaxın qohumumdur. Şeirə marağı hədsizdir. İcazə versəniz, şeirlərindən bir neçəsini oxuyar. Xoşunuza gəlsə, sıralarımıza qəbul edərik. Ancaq qohumum oldusu üçün üzgörənlik etməyin".
Qəmər bəyim uşaq utancaqlığı, eyni zamanda, əsilzadə ədəb-ərkanlığı ilə irəli çıxır. Əvvəl bir az sıxılır. Ancaq özünü ələ alır, xüsusi bir ahənglə şeir oxuyur. Məclisin ağsaqqalı Mirzə Sadıq Piran ondan daha bir şeir oxumasını rica edir. O, qocaman şairin xahişini yerinə yetirir. Sonra keçib yerində oturur. Xurşudbanu Natəvan üzünü Mirzə Sadığa tutub deyir:
- Mirzə, nə deyirsən, xoşuna gəldimi? Bu qızcığazdan şair olarmı?
- Sizin bu qohumunuz gerçək şair imiş ki. Misralarında məna çalarları var. Nitqi, tələffüzü öz yerindədir. Böyük inamla demək olar ki, Qəmər bəyim sizin və bizim davamçımız olacaq.
Natəvan üzünü məclis üzvlərinə tutub deyir: "Deyirəm, bəlkə elə bu başdan ona təxəllüs də verək. Özünüz də gördünüz ki, Qəmər bəyim şeir söyləyərkən şeyda bülbül kimi necə ötürdü. Bəlaşətli və tuti nəfəsli səsi var. Ona ədəbi təxəllüs vermişəm. Görün, yaraşır? Şeyda! Qəmər bəyim Şeyda!"
Qəmər bəyim Şeyda "Məclisi-üns"ə qəbul olunandan sonra öz üzərində çox ciddi çalışır, məşğələlərdə müntəzəm iştirak edir, təcrübəli şairləri dinləyir. Bu ədəbi aləm Qəmər bəyim Şeydanın şair kimi formalaşmasında böyük rol oynayır.
Qəmər bəyimin günümüzə bir neçə şeiri gəlib çatıb. Hüzn, kədər və şikayət motivləri həmin şeirlərdə daha qabarıq görünür.
Qəmər bəyim Şeydanın Natəvanın təsirinə daha çox məruz qaldığı şeirlərindən görünür. Əslində, Qəmərbəyim Şeyda Natəvan üslubunda yazıb-yaradıb. Sadə, realist şeirlərində nəcib və insani hisslər, səadət, məhəbbət öz dərin bədii ifadəsini tapıb. Şairə əsərlərində əruz vəzninin ahəngdar bəhrlərindən geniş istifadə edib. Bu da onun qəzəllərini daha da oxunaqlı edib.
Adı məşhurlaşan şöhrətli şairə
Natəvanın ölümündən sonra "Məclisi-üns" himayəsiz qalır. Onun əvvəlki şöhrəti getdikcə zəifləyir. Ancaq vaxtilə Natəvanın verdiyi xeyir-dua Qəmər bəyim Şeydanı poeziya aləmində irəli aparır. XIX əsrin axırlarında o artıq tanınmış şairə idi. Mənbələrdə onun "Ləli" təxəllüslü şairə Ziba Ərdəbili ilə deyişməsi var. Tanınmış yazıçı-jurnalist Vasif Quliyev öz araşdırmalarında göstərir ki, Ziba xanım Ərdəbili o dövrdə tanınmış şairə olub. Onun "Ağam canı" rədifli qəzəli ədəbi mühitlərə geniş yayılıb.
Sənin tək aşiqi məşuq yox, Ləli, bu aləmdə, Qamü aşiqləri eşqin edib fani, ağam canı.
Ziba xanım Ləlinin "özündən çox deməsi" Qəmər bəyim Şeydanı təsirləndirir. Buna görə də ona cavab yazır:
Məlahət gülşənində bir güləm qönçə libasında,
Açılsam kər tutaraq qovsa bu dünyanı, ağam canı.
Ləli şəkər, sözü şirin bu Şeyda tək hərifin var,
Əgər mümkün ola, tərk et bu sevdanı, ağam canı.
XIX əsrin məşhur şairlərindən olan Fatma xanım Kəminə gənc şairələrin deyişməsinə bir nəzirə ilə münasibət bildirir:
Gərək ruhani olmaq ta bizi cananə bilsinlər,
Bizə layiq deyil tərifi-cismani, ağan canı.
Hər iki gənc şairə bundan sonra ədəbi mübahisələrinə son qoyurlar.
Qəmər bəyim Şeyda qələmini dram janrında da sınayıb. 1918-ci ildə altı pərdəli "Zülmün daşqını" adlı pyes yazıb. Həmin əsrdə dövrün varlı bəyləri arasında gedən qan davası, ədavət və düşmənçilik nəticəsində baş verən faciələr, milli qırğınlar təsvir olunub.
1924-cü ildə Qəmər bəyim Şeyda Bakıya köçür. Oğlu Bahadırın iş yeri tez-tez dəyişdiyi üçün o, Bakıda, Naxçıvanda, Tiflisdə yaşamalı olur. Bahadır Naxçıvana Xalq səhiyyə komissarı vəzifəsinə təyin olunur. Həmin vaxt ana da oğlu ilə ora gedir. Naxçıvanlı qadınlar arasında maarifçilik işi aparır, mütərəqqi fikirli ziyalı kimi bölgənin ictimai həyatında fəal iştirak edir.
Qəmər bəyim tez-tez Qarabağa da gedirdi. Keçmiş tanışları və qohum-əqrəbaları ilə hal-əhval tutur, Şuşada yaşayan qızına baş çəkirdi.
Qəmər bəyim Şeyda 1933-cü ildə Bakıda vəfat edib. Əldə olunan məlumatlara görə, şairənin xeyli əlyazmaları olsa da, sonra onlar it-bata düşüb.
"Azadlıq" qəzeti

DİGƏR XƏBƏRLƏR
-
İçərişəhərdə Argentina Bayrağı Gününə həsr olunmuş El Calor en Baku – Azerbaijan Tango Festivalının təntənəli açılışı keçiriləcək
-
Habil Qasımov vəfat etdi - FOTO
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
XƏBƏR LENTİ
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Ceyhun Qala xanım həmkarına əsəbiləşib efirdən getdi - (Video)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı
-
Putin Təhlükəsizlik Şurasını çağırdı - Sergey Lavrov məruzə ilə çıxış etdi
-
"Müəllimin görünüşü də şagird üçün bir dərsdir"
-
Sinoptiklər xəbərdarlıq etdi: İyunun 20-dən külək güclənəcək
-
Qızının yazdığı məktub müğənni Ramalı ağlatdı - (Video)
-
Dəfn müavinəti kimə 600 manat, kimə 3 misli ödənilir? - Vətəndaşların bilməli olduğu QAYDALAR
-
“Liverpul” onun üçün 100 milyon avro ödəməyə hazırdır
-
“CineMastercard” Şamaxıda açıq hava kinoseanslarına dəvət edir - (Video)
-
Mahir Emreli Kiprin klubunun təklifini qəbul etmədi
-
Aşura günündə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar - Siyahı
-
Sənaye və kənd təsərrüfatı obyektlərinin elektrikə qoşulmasına subsidiya veriləcək
-
Məktəbəqədər təhsildə alternativ maliyyələşmə modelinə keçilir
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 22-25 dərəcə isti olacaq
-
Xəzər rayonunda açıq sahə yanır
-
"Qarabağ"ın iyunun 27-də Avstriyadakı oyunu ləğv edildi - Səbəb
-
"Ürəyin gedir dəqiqəbaşı özünü kəsdirib-doğramağa..." - Seda Sayan-Gülben qalmaqalı
-
Ukrayna Moskvaya irimiqyaslı hücumlara davam edir
-
Məşhur ispan hücumçunu mühafizəçilər təlim-məşq bazasına buraxmadılar
-
Məcburi köçkünlərlə bağlı qanun layihəsi ikinci oxunuşdan keçib
-
32 il sonra eyni anda meydana çıxdılar - Atalarının izi ilə...
-
Azərbaycanda 50 min manatadək yeni cərimələr müəyyənləşir
-
Əməkdar artist makiyajsız halını paylaşdı - (Video)