Ölkə

Bakı Metropoliteni məlumat YAYDI - 4-5 ay davam edəcək - VİDEO

15 Avqust 2025 11:11
Baxış: 858
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlayır.

Milli.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, hazırlıq işləri çərçivəsində 28 May stansiyası ətrafında 2 ərazidə qazılacaq:

"Tikinti meydançalarından biri stansiyanın qarşısında, digəri isə arxa hissəsində, Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində yerləşir".

Qeyd edilib ki, ərazi təhlükəsizlik norma və qaydalarına riayət olunmaqla hasarlanacaq:

"Bütün müasir standartlarla çətin geoloji şəraitdə diametri 12 metrə yaxın olan şaxtaların qazıntısı başlayacaq. Dərinliyi 30 metrdən çox olan şaxtalar lazımi dərinliyə çatdıqdan sonra əsas tunellərə doğru kiçikhəcmli yanaşma tunelləri qazılacaq. Bununla da şaxtaların qazılmı prosesi yekunlaşacaq".

Məlumata görə, qeyd olunan proses 4-5 ay müddətində davam edəcək. Metropolitendə hərəkətin təşkilinə heç bir maneə yaratmayacaq. Sərnişinlər metrodan indiyədək olan intervalla istifadəni davam etdirəcək. Aparılan qazma işləri avtobusların hərəkətinə və dəmir yolunun iş qrafikinə heç bir təsir göstərməyəcək"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.