İncəsənət məktəblərinə ixtisas seçimi başlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14 avqust tarixindən Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır.
Bu barədə Milli.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, seçim mərhələsi avqustun 21-dək davam edəcək.
Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər "My Culture" vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.
Xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşıb məktəb və ixtisas seçimi edə biləcəklər.
Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:
Musiqi alətləri ixtisasları üzrə:
* fortepiano, simli alətlər (7 illik təhsil): 6-8 yaş
* fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri (5 illik təhsil): 8-12 yaş
Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:
* vokal, estrada oxuma və xanəndəlik (5 illik təhsil): 7-11 yaş
* xor ixtisası (7 illik təhsil): 7-10 yaş
Təsviri sənət ixtisasları üzrə:
* rəssamlıq və heykəltəraşlıq (4 illik təhsil): 8-12 yaş
Xoreoqrafiya ixtisası üzrə:
* 5 illik təhsil: 6-10 yaş
11 illik təhsil sistemi üzrə (musiqi və incəsənət məktəbinin 5 və 7-ci sinif bazasından qəbul):
* Minimum yaş: 13 yaş
* Əlavə şərt: Namizəd müvafiq ixtisaslar üzrə incəsənət məktəb və mərkəzlərinin cari və ya ötən ilin məzunu olmalıdır.
Ödənişli əsaslarla təhsil üçün isə minimum yaş hədləri saxlanılmaqla, maksimum yaş 29 olaraq müəyyən edilib.
Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reyting sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.
Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd (18 yaşa çatmayanların valideyni və ya qanuni nümayəndəsi) aşağıdakı sənədlərini sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:
şəxsiyyət vəsiqəsi;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi (xarici ölkə vətəndaşları üçün)
sağlamlıq haqqında tibbi arayış;
3x4 sm ölçüdə fotoşəkil;
VIII sinfə qəbul olunanlar üçün musiqi təhsili haqqında şəhadətnamənin surəti, cari tədris ilinin məzunlarına münasibətdə təhsil aldıqları məktəbdən arayış.
Ödənişli təhsilə qəbul olunanlar digər sənədlərlə yanaşı təhsil haqqının ödəniş qəbzini də əlavə etməlidirlər.
Təhsil haqqının aylıq məbləği Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi üzrə 150 AZN, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi üzrə incəsənət məktəblərində 120 AZN, digər regionlar üzrə 100 AZN təşkil edir.
Təhsil haqqı müvafiq bank hesabına köçürülməklə sentyabr-yanvar ayları üçün sentyabr ayının 10-dək (I və VIII sinfə qəbul olunanlar təsdiq üçün sənədlərini yerləşdirdikdə), fevral-iyun ayları üçün fevral ayının 1-dək ödənilir.
Məlumat üçün qeyd edək ki, bu il ilk dəfə olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə 2025/2026-cı tədris ili üzrə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən həyata keçirilib. 25 aprel-25 may tarixlərində elektron sistem üzərindən 18862 müraciət qeydiyyata alınıb, iyun ayında I və VIII siniflərə qəbul imtahanları keçirilib. Qəbul imtahanlarında 16252 namizəd iştirak edib. İmtahanların nəticələri elan edildikdən sonra apelyasiya müraciətlərinə baxılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər





