Evli kişilərin 68 faizi gizlicə əxlaqsız videolara baxırmış: Qadınlar nə düşünür? - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rəsmi statistika göstərir ki, evli kişilərin təxminən 68 faizi təklikdə böyüklər üçün nəzərdə tutulmuş materiallara baxır.
Psixoloqlar hesab edirlər ki, bu davranışın müxtəlif səbəbləri var: tərəflər arasında istək fərqi, gerçəkləşməyən şəxsi fantaziyalar və bəzən sadəcə tərəfdaşın uyğun əhvalda olmaması.
Ekspert Qabo Karuselin fikrincə bu cür materiallar emosional oyanmanı artıraraq hormon ifrazını gücləndirir, bu isə istəyi yüksəldir.
Psixoloq Sergey Yanqibayev isə bəzi kişilərin yeni yanaşmaları öyrənmək məqsədilə də bu məzmunlara müraciət etdiyini bildirir.
Bəzi qadınlar isə bu vərdişə mənfi yanaşır. Tennessi Universitetinin araşdırmasına görə, mövzuya kəskin qarşı çıxan qadınların özünəinam səviyyəsi aşağı olur və onlar tərk edilmə qorxusu yaşayırlar. Mədəni dəyərlər və ailə tərbiyəsi də bu baxışın formalaşmasında rol oynayır.
Mütəxəssislər münasibətlərdə qadağa və tənqid əvəzinə açıq söhbət etməyi, tərəfdaşın nəyi bəyəndiyini öyrənməyi tövsiyə edir. Əgər dialoq nəticə vermirsə, peşəkar məsləhət almaq faydalı ola bilər.
Psixoloqların fikrincə, böyüklər üçün materialların izlənməsi şəxsi istəkləri tanımağa, gərginliyi azaltmağa və tərəflər arasında istək fərqindən doğan narazılığı yumşaltmağa kömək edə bilər. Razılaşma əsasında birlikdə izləmək isə tərəflər arasında ünsiyyəti möhkəmləndirə və münasibətə yeni ideyalar gətirə bilər.
Bununla yanaşı, bu vərdişin problemə çevrilə biləcəyi hallar da var: gündəlik həyatı və işi pozması, real yaxınlığı əvəz etməsi, fiziki narahatlıqlar yaratması və ya münasibətlərdə gözləntiləri təhrif etməsi.
Mütəxəssislər alternativ olaraq romantik məzmun izləməyi, münasibətə yenilik gətirəcək fəaliyyətlər planlaşdırmağı, bədən formasını qorumağı, birgə istirahət və masaj kimi rahatladıcı fəaliyyətlərdən istifadəni tövsiyə edirlər. Onların fikrincə, yaxınlıqdan əvvəl və sonra ünsiyyət münasibətlərin sağlam qalması üçün əsas şərtlərdəndir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc





