Azərbaycan Milli İncəsənət Muzeyində "Nesvij: dünya mədəniyyətinin irsi" sərgisi çərçivəsində "Saray ziyafətlərinin ənənələri" adlı ekskursiya keçirilib.
Nesvij Muzey- Qoruğu əməkdaşlarının tamaşaçıların iştirakı ilə təqdim etdikləri interaktiv elementlərlə zəngin tematik ekskursiya Belarus bayramları və tarixən formalaşmış saray ziyafətləri ənənələri: saray və xalq mətbəxi, knyaz ovlarının təşkili xüsusiyyətləri, həmçinin ənənəvi Belarus bayramı - Kolyada və ziyafətlərin ayrılmaz hissəsi olan rəqs sənəti haqqında maraqlı mövzuları əhatə edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az