Türkiyə

5 günlük körpəni əlil qoyan tibb bacısı həbs edildi - FOTO

25 Yanvar 2026 19:37
Baxış: 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Kahramanmaraş bölgəsində reanimasiya şöbəsində olan 5 günlük körpəni döyərək əlil qoyan və barəsində həbs qətimkan tədbiri seçilən tibb bacısı Hazel Dırık Bağrıyanık polisə təslim olub. Bağrıyanık məhkəmə tərəfindən "qəsdən bədən xəsarəti yetirmə" cinayəti ilə həbs edilərək həbsxanaya göndərilib.

Milli.Az xəbər verir ki, tibb bacısının zorakılığı nəticəsində hazırda 5 yaşı olan Deniz Esin Bozoklar fiziki əlillik, serebral iflic (SP), epilepsiya kimim ağır xəstəliklərdən əziyyət çəkir.

2021-ci ildə baş verən hadisənin üstü təsadüfən açılıb. Körpə az çəkili doğulduğu üçün küvezə yerləşdirilib. Orada tibb bacısının zorakılığına məruz qalsa da, xəstəxana rəhbərliyi ailəyə heç bir məlumat verməyib. Valideynlər illərlə qızlarının anadangəlmə əlil olduğunu düşünüblər.

2024-cü ildə valideynlərin telefonuna gələn məhkəmə bildirişi (e-Devlet mesajı) sayəsində onlar qızlarının əslində işgəncə nəticəsində bu hala düşdüyünü öyrəniblər.

Məhkəmə işinə daxil edilən görüntülərdə tibb bacısının 5 günlük körpədən 14 dəqiqə ərzində qan ala bilmədiyi, bu müddətdə qəzəblənərək körpənin başına zərbələr endirdiyi və ayağını qırdığı məlum olub. Bu görüntülər ictimaiyyətdə böyük hiddətə səbəb olub.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.