"Saray ziyafətlərinin ənənələri" adlı ekskursiya keçirilib - FOTO

21 May 2025 18:01

Azərbaycan Milli İncəsənət Muzeyində "Nesvij: dünya mədəniyyətinin irsi" sərgisi çərçivəsində "Saray ziyafətlərinin ənənələri" adlı ekskursiya keçirilib.

Nesvij Muzey- Qoruğu əməkdaşlarının tamaşaçıların iştirakı ilə təqdim etdikləri interaktiv elementlərlə zəngin tematik ekskursiya Belarus bayramları və tarixən formalaşmış saray ziyafətləri ənənələri: saray və xalq mətbəxi, knyaz ovlarının təşkili xüsusiyyətləri, həmçinin ənənəvi Belarus bayramı - Kolyada və ziyafətlərin ayrılmaz hissəsi olan rəqs sənəti haqqında  maraqlı mövzuları əhatə edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az