Naxçıvanda ağır qəza 6 nəfərin xəsarət almasına səbəb olub.
Milli.Az-ın yerli bürosu xəbər verir ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Ordubad magistralının Babək rayonunun Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Baş verən qəzada 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli xəsarət alıblar.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (APA)
Milli.Az





