Hadisə

"Qalatasaray"ın yeni transferi - pulsuz icarə - FOTO

25 Yanvar 2026 21:27
Baxış: 316
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu İspaniyanın "Jirona" komandasında çıxış edən istedadlı futbolçu Yaser Asprillanın transferini tamamlayıb. Klubun yaydığı rəsmi məlumata görə, kolumbiyalı oyunçu mövsümün sonuna qədər "Sarı-qırmızılı" formanı geyinəcək.

Milli.Az xəbər verir ki, futbolçunun 2025-2026-cı il mövsümünün qalan hissəsi üçün icarəsinə görə "Jirona" klubuna heç bir ödəniş edilməyəcək.

Müqavilədə satınalma hüququ nəzərdə tutulub. Ən vacib məqam isə budur ki, bu opsion yalnız "Qalatasaray"ın tək tərəfli və yazılı müraciəti ilə aktivləşə bilər. Yəni klub istəməsə, hər hansı məcburi ödəniş öhdəliyi yaranmayacaq.

Yaser Asprillaya 2025-2026-cı il mövsümü üçün net 1 milyon 200 min avro zəmanətli maaş ödəniləcək.

Dünən gecə İstanbula gələn və rəsmi müqaviləyə imza atan 22 yaşlı futbolçunun forma nömrəsi də bəlli olub. Asprilla "Qalatasaray"da 22 nömrəli forma ilə çıxış edəcək.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.