Xəstə uşaq fotoları ilə pul toplayanlara qarşı cəza ciddiləşir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqlar üçün yardım çağırışlarının sayında artım müşahidə olunur. Bu paylaşımlar cəmiyyətdə həmrəylik və mərhəmət hissini gücləndirsə də, bəzi hallarda xeyirxahlıq duyğularının istismar edildiyi faktlar da üzə çıxır. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sosial şəbəkələrdə xəstə uşaqların foto və video görüntülərini paylaşaraq yardım adı altında vəsait toplamaqda şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, o, müxtəlif səhifələr vasitəsilə vətəndaşları emosional mətn və görüntülərlə təsirləndirərək bank kartlarına ianələr köçürülməsinə nail olub. Toplanan pul isə ehtiyac sahiblərinə deyil, şəxsi məqsədlərə yönəldilib. Bu fakt bir daha sosial şəbəkələrdə yayılan yardım çağırışlarının nə dərəcədə etibarlı olması barədə müzakirələri aktuallaşdırıb.
Bu çağırışların doğru olduğunu necə müəyyənləşdirməliyik?
Milli.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
"İnternet və texnologiya inkişaf etdikcə bu tip təhlükələrin sayı artır"
Milli Məclisin deputatı Vüqar İskəndərovun sözlərinə görə, sosial şəbəkələrdə köməyə ehtiyacı olan insanları paylaşaraq vətəndaşların duyğuları ilə oynanılması halları artmaqdadır. O bildirib ki, insanlara kömək etmək, yardım göstərmək gözəl haldır və bu, sosial məsuliyyətdir: "Hər birimiz birlik və həmrəylik nümayiş etdirməliyik. Amma bu kimi risklər də qaçılmazdır. İnternet və texnologiya inkişaf etdikcə bu tip təhlükələrin sayı artır. Xüsusilə sadə insanlar hansı məlumatların doğru, hansının yalan olduğunu fərqləndirə bilmirlər". Deputatın fikrincə, bu cür hallardan qorunmağın yolu maariflənmədən keçir.
V.İskəndərov qeyd edib ki, vətəndaşlar kömək etmək istədikdə bir neçə məqama diqqət etməlidirlər: "Müraciət edən şəxs müəyyən olunmalı, onun haqqında ətraflı məlumat əldə edilməlidir. Həqiqətən həmin ünvanda yaşayırmı? Həqiqətən yardım istədiyi şəxsin köməyə ehtiyacı varmı? Yalnız araşdırdıqdan sonra addım atmaq lazımdır".
Deputatın sözlərinə görə, burada ictimai qınaq da olmalıdır: "Eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət edilməlidir".
"İnsanları necə ələ almaq lazım olduğunu yaxşı bilirlər"
"Güvən" xeyriyyə təşkilatının təsisçisi Nigar Bayramlı bildirib ki, bu kimi dələduzluq halları əvvəlki dövrlərdə də mövcud olub: "Sadəcə son dövrlərdə onların sayı kifayət qədər artıb. Belə şəxslər həm köməyə ehtiyacı olan insanlara mane olur, həm də xeyriyyə işi ilə məşğul olan təşkilatlara ciddi təsir göstərirlər". N.Bayramlı qeyd edib ki, onların paylaşdığı bir çox xeyriyyə çağırışları fırıldaqçılar tərəfindən götürülərək öz səhifələrində paylaşılır. Bu hallar aşkar edildikdə isə həmin şəxslərə yazarkən əksər hallarda blok edilirlər.
N.Bayramlı bildirib ki, rəhbərlik etdiyi təşkilat əsasən bölgələrdə xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur: "Bu səbəbdən də bölgələrin icra hakimiyyətləri və ictimai birliklərlə əməkdaşlıq edirlər. Köməyə ehtiyacı olan şəxslər bu şəkildə müəyyənləşdirilir. Ehtiyac yarandıqda isə məlumatların doğruluğu mütləq şəkildə yoxlanılır".
N.Bayramlının sözlərinə görə, bəzən sosial şəbəkələrdə xəstə uşaqların ağır musiqi fonunda, yalvarış üslubunda paylaşıldığı müşahidə edilir. Bunların hamısı vizual manipulyasiyadır. Fırıldaqçılar insanları necə ələ almaq lazım olduğunu yaxşı bilirlər.
Beş ildən 10 ilə qədər həbs
Hüquqşünas Ceyhun Cəfərlinin sözlərinə görə, fırıldaqçılıqla məşğul olan şəxslər dələduzluq maddəsi ilə 10 ilə qədər həbs oluna bilərlər: "Bu kimi hallar əgər əhalini aldatmaq məqsədilə törədilibsə, kifayət qədər vəsait toplanması ilə nəticələnibsə, dələduzluq cinayəti hesab olunur. Dələduzluq yolu ilə əldə edilən vəsait külli miqdardırsa, yəni məbləğ 50 min manatdan 500 min manatadəkdirsə, buna görə müəyyən olunan cəza 5 ildən 10 ilə qədərdir".
C.Cəfərli hesab edir ki, belə halların qarşısının alınması üçün bu kimi dələduzluq hallarına baş vuran şəxslər ciddi şəkildə cəzalanmalıdır: "İnsanların duyğularının istismar edilməsi həm cəmiyyət, həm də dövlət tərəfindən qınanılmalıdır. Həm insanlar, həm məhkəmə sistemi belə dələduzlara qarşı barışmaz mövqedə olmalıdır. Çünki bu kimi yardımlar nə qədər köməyə ehtiyacı olan şəxsləri xilas edə bilər. Nə qədər insan belə xeyriyyəçilik işləri nəticəsində xilas olunub. O səbəbdən insanların mərhəmət duyğusu istismar edilməməlidir. Artıq süni intellekt vasitəsilə də görüntü yaradaraq insanları aldada bilirlər. Belə halları gördükcə insanlarda şübhələr formalaşır. Artıq həqiqi ehtiyacı olan insanlara da kömək etmək istəmirlər".
"Polis tərəfindən mütəmadi tədbirlər həyata keçirilir"
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirdi ki, son dövrlər sosial şəbəkələrdə "körpələrə yardım", "fiziki qüsurlu uşaqlara ianə", "təcili əməliyyat üçün pul lazımdır" tipli çağırışlara rast gəlinir. Amma əksər hallarda həmin paylaşımlar insanların hisslərini manipulyasiya edərək dələduzluq yolu ilə pul qazanmağa hesablanır: "Bu cür hallar həm çaşqınlıq yaradır, həm də real ehtiyacı olan şəxslərə yardım etmək istəyən vətəndaşların tərəddüd etməsinə səbəb olur. Belə hüquqazidd əməllərin yol verildiyi səhifələrə qarşı isə polis əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyat-texniki tədbirlər həyata keçirilir. Vətəndaşlara təsdiqlənməmiş bank hesablarına və ya qeyri-müəyyən mənbələrə vəsait köçürmədən əvvəl məlumatları diqqətlə yoxlamağı, rəsmi və etibarlı yardım mexanizmlərinə üstünlük vermələrini tövsiyə edirik".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib - (Foto)
-
Yasamalda vətəndaşın evi qanunsuz sökülür? - AÇIQLAMA
-
Masazırda avtomobillər niyə quyuya düşür?
-
"Ali təhsildə əsas meyar ölkə deyil, universitetin keyfiyyətidir"
-
9-cu sinif üzrə təkrar imtahanın nəticələri açıqlandı
XƏBƏR LENTİ
-
Emindən nostalji paylaşım: "Bir vaxtlar yay belə idi" - (Foto)
-
Nanopeyklərlə meşə yanğınlarını vaxtında aşkar edəcəklər
-
Ventilyator ayda nə qədər elektrik sərf edir?
-
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: bu meyvə və giləmeyvələri az yeyin
-
9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb - Qoşqar Təhməzli
-
İlon Mask yenidən trilyoner oldu
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq





