Hadisə

Mehdiabadda qəza yanğına səbəb oldu - Qəsəbə qazsız qaldı - VİDEO

25 Yanvar 2026 23:40
Baxış: 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunun Mehdiabad qəsəbəsində qaz xəttində baş vermiş qəza yanğına səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəza səbəbindən qəsəbəni təmin edən əsas qaz infrastrukturu ciddi zədələnib.

Hazırda Mehdiabad qəsəbəsinin böyük bir hissəsinə mavi yanacağın verilişi dayandırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirliyin "112" qaynar xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Əhməd Cavad küçəsində qaz borusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.