Mədəniyyət

Nigar Nəcəfovanın 60 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOlar

7 Aprel 2025 13:11
Baxış: 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, pianoçu Nigar Nəcəfovanın 60 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Mirzəzadə dinləyiciləri konsertlə bağlı məlumatlandırıb.

Bədii rəhbər və baş dirijor - Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, "Buta" instrumental ansamblının ( bədii rəhbər Prezident mükafatçısı Rövşən Qurbanov), konsertmeystr -  Gülnar Mirzəyeva (piano), Altay Niftəliyev (tar), Araz Ağaverdiyev (kamança), qiraətçi - Nurlan Rzayev, Filiz Quliyevanın  müşayiəti ilə solistlər - AR-nın Xalq artistləri -  Zabit Nəbizadə, Teyyub Aslanov, Ənvər Sadıqov, AR-nın Əməkdar artistləri - Gülüstan Əliyeva, İlham Nəcəfov, Rəşad İlyasov, Respublika və beynəlxalq müsabiqələr laureatları - Mirələm Mirələmov, Rəvanə Qurbanova, Züleyxa Abdullayeva, Nigar Hüseynli, Banu Tağıyeva, Hidayət Sadıqov dinləyicilər qarşısında çıxış edib.

Proqramda Azərbaycan xalq mahnıları, Azərbaycan, Avropa və rus  bəstəkarlarının əsərləri səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.