Alimlər müasir peyk texnologiyaları və buzun dərinliklərinə nüfuz edən radarlar vasitəsilə Antarktidanın kilometrlərlə qalınlıqdakı buz təbəqəsinin altında nələrin gizləndiyini aşkar ediblər. Yeni hazırlanan xəritə, qitənin milyonlarla il əvvəl buzla örtülməmişdən öncə necə göründüyünü və bu gün buzun altındakı coğrafi strukturları heyrətamiz dəqiqliklə nümayiş etdirir.
Milli.Az xəbər verir ki, tədqiqat nəticəsində məlum olub ki, Antarktida sadəcə düz bir buz kütləsi deyil. Buzun altında Avropa Alp dağları qədər hündür dağ silsilələri və ABŞ-dəki Böyük Kanyondan daha dərin dərələr mövcuddur.
Alimlər buzun altında donmuş və ya çox yavaş hərəkət edən qədim çay sistemlərinin izlərini tapıblar. Bu, Antarktidanın təxminən 34 milyon il əvvəl yaşıl və bitki örtüyü ilə zəngin bir qitə olduğunun sübutudur.
Buzun altında təzyiq və yerin daxili istiliyi sayəsində donmayan yüzlərlə şirin su gölü aşkar edilib. Bu göllərin bir-biri ilə birləşdiyi və buz təbəqəsinin sürüşməsinə təsir etdiyi müəyyən olunub.
Bu xəritə niyə vacibdir?
Buzun altındakı relyefi bilmək, qlobal istiləşmə nəticəsində buzların nə qədər sürətlə əriyəcəyini və dəniz səviyyəsinin nə qədər qalxacağını proqnozlaşdırmaq üçün həyatı əhəmiyyət kəsb edir.
Alimlər bu göllərdə milyonlarla ildir günəş işığı görmədən yaşayan mikroorqanizmlərin ola biləcəyini düşünürlər.
Lalə Qüdrətova
Milli.Az





