Mədəniyyət

MEMİM-in “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəsinin ilk qonağı jurnalist Vüqar İmanov olacaq

27 Fevral 2025 16:00
Baxış: 567
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki
və İxtisasartırma Mərkəzi "Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri" adlı yeni
layihəyə başlayır.

Milli Mətbuat Gününün 150-illik yubileyinə həsr olunan layihənin məqsədi gənc
jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini
genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir. Layihə çərçivəsində
uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin mədəniyyət jurnalistikasının
inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçirilməsi planlaşdırılır.

"Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri" adlı layihənin ilk seminarı
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə 2025-ci ilin 4 mart tarixində
"Trend" Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, "Tərəqqi"
medalı ilə təltif edilən jurnalist Vüqar Imanovun iştirakı ilə həmin muzeydə təşkil
Vüqar İmanov sözügedən seminarda müasir texnologiyanın sahəyə gətirdiyi
müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin təbliğində jurnalistikanın
əhəmiyyətindən, mədəniyyət jurnalistikasının indiki vəziyyətindən söhbət açacaq.

Tarix: 04.03.2025
Saat: 11:00
Məkan: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.