78 yaşında vəfat edən Ramiz Quliyev kimdir? - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın xalq artisti, görkəmli tarzən Ramiz Quliyev vəfat edib.
Milli.Az xalq artisti haqqında məlumatlar təqdim edir:
Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində dünyaya gəlib. O, musiqiyə çox gənc yaşlarında maraq göstərib və 1954-cü ildə Ağdam şəhər 7 illik musiqi məktəbinə, daha sonra isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.
1964-1969-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alan Quliyev sənət yoluna "Şur" xalq çalğı alətləri ansamblında başlamış, gənc yaşlarından festivallarda, müsabiqələrdə Azərbaycan musiqisini təmsil etmişdir.
O, yarım əsrdən artıq fəaliyyəti ərzində Azərbaycanın ən tanınmış tar ifaçılarından biri kimi ad qazanıb. Ramiz Quliyev Türkiyə, ABŞ, Fransa, İngiltərə, İsrail, Norveç, Hindistan, Kanada, İran və daha bir çox ölkələrdə konsertlər verib, muğam sənətini və milli musiqimizi beynəlxalq səviyyədə tanıdıb.
.jpg)
Sənətkar həm də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında uzun illər müəllim kimi çalışıb, yüzlərlə tələbənin yetişməsinə töhfə verib. Onun yetirmələri bu gün ölkənin aparıcı musiqi kollektivlərində və xarici səhnələrdə fəaliyyət göstərirlər.
Ramiz Quliyev Azərbaycan mədəniyyətinə və muğam sənətinə verdiyi xidmətlərə görə müxtəlif orden və fəxri adlarla təltif olunub. O, öz dövrünün musiqi ənənələrini qoruyub saxlayan, eyni zamanda yenilikçi ifa üslubu ilə seçilən sənətkar kimi yadda qalıb.
Xalq artistinin ifasında yüzlərlə muğam, xalq mahnısı və bəstəkar əsəri lentə alınıb, müxtəlif ölkələrdə DVD və audio disklər şəklində yayımlanıb.
Ramiz Quliyevin vəfatı Azərbaycan musiqi mədəniyyəti üçün böyük itkidir. Onun sənəti və pedaqoji irsi gələcək nəsillər üçün örnək olaraq qalacaq.
Allah rəhmət eləsin!
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib - (Foto)
-
“Qəlbimizdə yaşayanlar”: III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalı çərçivəsində duyğulu konsert keçirilib - (Foto)
-
Milli İncəsənət Muzeyində “Bal – XIX əsr” adlı tədbir baş tutub - (Foto)
-
Fuad İbrahimov BIAF haqqında: Bakı Şərq və Qərb mədəniyyətlərinin qovşağı kimi tarixi rolunu vurğulayır - (Foto)
-
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya”nın premyerası keçiriləcək
-
Limada Azərbaycan milli irsini təcəssüm etdirən Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub





