Akademik Musiqili Teatrda Cənnət Səlimovanın 85 illik yubileyi qeyd olunub - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "O olmasın, bu olsun" (Ü.Hacıbəyli) komediyasının budəfəki nümayişi görkəmli rejissor, Xalq artisti Cənnət Səlimovanın 85 illik yubileyi münasibətilə oynanılıb.
Musiqili Teatrın direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova Azərbaycan mədəniyyəti tarixində önəmli yeri olan görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında söz açaraq teatr rəhbərliyi və kollektiv adından yubilyarı təbrik edib.
Əməkdar artist Əkbər Əlizadə də müəllimi - novator rejissor Cənnət Səlimovanın teatr sahəsindəki səmərəli fəaliyyəti, aktyor-rejissor məktəbinin formalaşmasında əvəzsiz rolundan danışaraq rəğbətini xoş sözlərlə çatdırıb.
Quruluş verdiyi səhnə əsərinin 103-cü nümayişində (1998-ci ildən bəri) teatr kollektivi və tamaşaçılarla görüşdən məmnun olduğunu bildirən Cənnət Səlimova ona göstərilən diqqət və qayğıya görə teatrın rəhbərliyinə və yaradıcı heyətə təşəkkürünü bildirib.
Mədəniyyət və incəsənət xadimlərinin və bir sıra qonaqların iştirak etdikləri tamaşada yubilyara teatrın diplomu və gül-çiçək dəstələri verilib.
Qeyd edək ki, quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, rejissor assistenti Elməddin Dadaşov olan bu tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Əzizağa Əzizov, Nadir Xasiyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Türkel Tariqpeyma, Təranə Əliyeva, Elməddin Dadaşov, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Pul və şans dörd bürcün qapısını döyəcək
-
Pasportu alüminium folqaya bükmək həqiqətən də hakerlərin qarşısını alırmı?
-
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir - Araşdırma
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı





