Mədəniyyət

Gülnarə Xəlilovanın kolleksiyası TÜRKSOY-un etnomoda həftəsində qədim Efes şəhərində təqdim olunub - FOTO

22 Oktyabr 2024 14:46
Baxış: 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gülnarə Xəlilovanın "Miniatür" kolleksiyası Türkiyənin qədim Efes şəhərində (İzmir)  VII Türk dünyasının "Qadın və moda" etnomoda həftəsi çərçivəsində təqdim olunub. Azərbaycanın orta əsr etüdləri və xalça naxışlarının, Qarabağ motivlərinin nümayiş olunduğu "Miniatür" kolleksiyası böyük maraqla qarşılanıb.

Tədbir, İzmir qubernatorunun himayəsində olan Milli Təhsil Nazirliyinin nəzdindəki İzmir Texnologiya İnstitutunun dəstəyi ilə TÜRKSOY tərəfindən təşkil edildi. Əsas məqsəd türk dövlətlərinin mədəni əlaqələrini gücləndirmək və qədim ənənələri nümayiş etdirməkdir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində dizaynerlərin ustad dərsləri və sərgiləri də keçirilib. Gülnarə Xəlilova layihədə iştirakına görə fəxri mükafata layiq görülüb. 

Gülnarə Xəlilova-Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sizgi brendinin banisidir. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olundu.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.