Şou-biznes

Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi

22 Oktyabr 2024 15:29
Baxış: 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, balta insidenti ilə bağlı iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Bunlar "MedEra" hospitalının mühafizəçisi Saleh Cəlilov və həmin hadisədə xəsarət alan Nəzakət Paşayevadır.

Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib. İşə hakim Vüsal Tağıyev sədrlik edəcək.

Qeyd edək ki, hadisə bu il iyulun 23-də baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi açılıb.

Bu maddə ilə təqsirləndirilən şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.