İŞİD-in İraqdakı qanadının lideri xüsusi əməliyyat zamanı öldürülüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani açıqlayıb.
Xüsusi əməliyyat şimaldakı Həmrin dağ silsiləsinin yerləşdiyi ərazidə keçirilib.
Hökumət başçısı əlavə edib ki, həmin şəxslə yanaşı, bu terror təşkilatının 8 üzvü də zərərsizləşdirilib.
Milli.Az