Ermənistan

Şarmazanov: Nikol oğlunu niyə Azərbaycana göndərib?

22 Oktyabr 2024 15:17
Baxış: 1 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Qarabağ Azərbaycanın ərazisidir. Yaxşı, onda belə çıxır ki, Baş nazir Nikol Paşinyan oğlunu hərbi xidmət keçmək üçün hara göndərib?

Milli.Az globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, İrəvan hökumətinin açıqlamaları müharibədən öncəki əməlləri ilə uzlaşmır:

"Paşinyan Şuşada - Azərbaycan ərazisində sanki Qarabağı özü alıbmış kimi niyə rəqs edirdi? Simonyanın və ölkənin müdafiə nazirinin Ağdamda nar bağlarında nə işi vardı? Bu halda onlar Azərbaycan ərazisindən nar oğurlamış hesab olunurlar. Sözügedən açıqlama onların Bakı məhkəmələrinə çıxarılması üçün zəmin yaradır".

Qeyd edək ki, Nikol Paşinyan 44 günlük müharibə müddətində oğlunun Qarabağda döyüşdüyünü iddia edirdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.