Hadisə

İsmayıllı yolunda uçqun oldu

22 Oktyabr 2024 15:55
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər ölkə ərazisinə yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçik miqyaslı uçqun hadisəsi qeydə alınıb.

Milli.Az bildirir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev açıqlama verib.

O bildirib ki, sürüşmə potensiallı sahələrin monitorinqi aparılır:

"Ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə, hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi stabillik müşahidə olunur. Lakin intensiv yağışların təsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalını nəzərə almaq lazımdır".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.