Hadisə

Meyvə bağı üstündə dava - Ata oğlunu güllələdi

20 Oktyabr 2024 22:18
Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:18

Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Sığaloni kəndi ərazisində baş verib.

Belə ki, Ağaşir Hüseynov oğlu 1991-ci il təvəllüdlü Tural Ağaşir oğlu Hüseynova ov tüfəngi ilə atəş açıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan T.Hüseynov cərrahiyyə şöbəsinin əməliyyat blokuna alınıb.

İlkin məlumata görə, ata və oğul arasında mübahisə sitrus meyvə bağı üstündə yaranıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

------------
21:18


Astarada 33 yaşlı kişi güllələnib, atası şübhəli bilinir.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sığaloni kəndində qeydə alınıb.

Belə ki, aralarında baş verən mübahisə zəminində Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Hüseynova ov tüfəngindən atəş açıb.

T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı cərrahiyyə əməliyyatına alınıb.

Hadisəni törətməkdə təqsirli bilinən Ağaşir Hüseynovun saxlanılması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.