İdman

“Bayer”in futbolçusu qəzaya düşdü

20 Oktyabr 2024 23:42
Baxış: 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayer Leverkuzen"in futbolçusu Viktor Bonifes dostları ilə hava limanına gedərkən qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirib ki, futbolçu sərnişin oturacağında əyləşib. Avtomobilin sürücüsü yorğunluqdan idarəetməni itirib və nəqliyyat vasitəsi digər zolağa çıxaraq qarşıdan gələn yük maşınına çırpılıb. Nəticədə futbolçunun olduğu avtomobil aşıb.

23 yaşlı nigeriyalı xəstəxanaya aparılıb. "Bayer" forvardın yalnız əlindən yüngül zədə aldığını bildirib.

Məlumata görə, yük maşınının sürücüsü xəsarət almayıb.

Qeyd edək ki, Bonifes bu mövsüm Leverkuzen təmsilçisinin heyətində on oyun keçirib və yeddi qol vurub. 

Almaniya çempionatının növbəti oyununda "Bayer" "Verder"lə qarşılaşacaq. Oyun oktyabrın 26-da baş tutacaq.


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.