Kriminal

Azərbaycanlı gənc barın qarşısında GÜLLƏLƏNDİ - FOTO

22 Oktyabr 2024 17:18
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azərbaycanlı gənc güllələnib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Samsun şəhəri Atakum qəsəbəsində baş verib.

Azərbaycanlı 20 yaşlı A.P. ilə sərxoş halda bara girmək istəyən 29 yaşlı Y.M. arasında mübahisə yaranıb. Bu zaman Y.M. A.P.-ni ayaqlarına tapança ilə atəş açaraq, ona xəsarət yetirib. Bundan sonra münaqişə böyüməsin deyə barın sahibi M.Y. də tünəfglə havaya atəş açıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Y.M. və M.Y. polis tərəfindən saxlanılıb. Onlar ifadəsi alınandan sonra məhkəməyə təhvil veriliblər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.