Narinin qətlində yeni təfərrüat: Qatillərin cəzası bəlli oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə vəhşicəsinə qətlə yetirilən 6 yaşlı Narin Güranın ölümü ilə bağlı istintaq başa çatıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Qeyd olunur ki, prokurorluq kiçik qızın doğma əmisi, anası, qardaşı və bir qohumunun birgə şəkildə uşağı qəsdən öldürmə ittihamı ilə mühakimə olunmasını tələb edib. İttihamnamədə təqsirləndirilən şəxslər üçün ağırlaşdırılmış ömürlük həbs cəzası istənilir.
Ötən aylarda Türkiyənin gündəmində olan bu dəhşətli cinayətlə əlaqədar hərtərəfli araşdırma aparılıb. HTS qeydləri, DNT analizləri, şahid ifadələri və digər bütün sübutlar diqqətlə araşdırılıb. Aparılan təhqiqat nəticəsində məlum olub ki, Narin Güranın öz əmisi Salim Güran, anası Yüksel Güran, qardaşı Enes Güran və qohumu Nevzat Bahtiyar bu qətlin iştirakçılarıdır.
Qeyd edək ki, Narin Güran ötən ilin sentyabr ayında Türkiyənin Ağrı vilayətinin Doğubəyazıt rayonunda itkin düşmüşdü. Uzun axtarışlardan sonra noyabr ayında onun cəsədi tapılmışdı. 6 yaşlı qızcığazın bədənində 27 bıçaq zədəsi, sümüklərində və kəllə nahiyəsində çoxsaylı sınıqlar aşkar edilmişdi. Bu vəhşiliyin səbəbləri hələ də müəmmalı olaraq qalır.
Türkiyə ictimaiyyəti bu dəhşətli cinayətə görə sərt cəza tələb edir. Yaxın günlərdə məhkəmə prosesinin başlanması gözlənilir. Cinayət işi üzrə dörd şübhəli barəsində ağırlaşdırılmış ömürlük həbs cəzası istənilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Ötən gün 71 cinayətin açılıb, axtarışda olan 149 şəxs saxlanıldı
XƏBƏR LENTİ
-
"Brent" bahalaşdı
-
Burak Özçivitə gözlənilməz etiraf: "Arvadımı sizə qısqanırdım" - (Video)
-
Bakının bu yollarında tıxac var
-
Metroda qatarlar 15 dəqiqədir hərəkətsiz qalıb - Səbəb - (Yenilənib)
-
Su şüşələrindəki xətlərin səbəbi bəlli oldu
-
Bədəndə çoxlu xalınız varsa, buna diqqət edin
-
Nə elektrik, nə də qaz: Karton qutu ilə yemək bişirməyin yolunu tapdılar
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)





