Dünya

Evinə hücuma görə məsuliyyəti üzərlərinə götürdülər

22 Oktyabr 2024 18:58
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın "Hizbullah" hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahına pilotsuz uçuş aparatı ilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın Mətbuat xidmətinin rəhbəri Məhəmməd Afif açıqlayıb. 

"İsrailin Baş naziri Benyamin Netanyahunun evinə hücuma görə tam məsuliyyəti öz üzərimizə götürürük", - deyə Afif qeyd edib.

Xatırladaq ki, oktyabrın 19-da Netanyahunun Kesariya şəhərində yerləşən şəxsi iqamətgahına PUA hücumu olub. Hadisə zamanı xəsarət alan olmayıb. Həmin gün Baş nazirin Ofisi hücumun "Hizbullah" tərəfindən edildiyini bildirmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.