İqtisadiyyat

“Xaçmaz KOB evi”nin Xudat şəhərindəki xidmət mərkəzində sahibkarlara 39 minə yaxın xidmət göstərilib - FOTO

16 Sentyabr 2025 09:22
Baxış: 275
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sahibkarlar KOB evinin Xudatdakı xidmət mərkəzinə daha çox ixracla bağlı xidmətlər üçün müraciət edirlər.

"Xaçmaz KOB evi"nin Xudat şəhərində yerləşən "Food City" Aqroparkındakı xidmət mərkəzi tərəfindən 2025-ci ilin yanvar-avqust aylarında sahibkarlara 39 minə yaxın xidmət göstərilib.

2024-cü ildən fəaliyyət göstərən Xudatdakı xidmət mərkəzinə sahibkarlar daha çox ixracla bağlı məsələlər, o cümlədən mənşə və ixrac sertifikatlarının alınması, gömrük rəsmiləşdirilməsi, vergi məsələləri, logistika, bank və s. xidmətlər üçün müraciət ediblər. Ümumilikdə Xudatdakı xidmət mərkəzində sahibkarlara daha çox ixracla bağlı xidmətlər olmaqla, gün ərzində orta hesabla 200-dən çox xidmət göstərilir. Belə ki, burada sahibkarlara İqtisadiyyat Nazirliyinin tabeliyində Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və özəl qurumlar tərəfindən müxtəlif xidmətlər təqdim edilir. Gələcəkdə sahibkarların ehtiyacına uyğun olaraq, mərkəzdə digər dövlət və özəl qurumların xidmətlərinin təqdim olunması da nəzərdə tutulur.

Sahibkarlara idxal-ixrac əməliyyatları il bağlı zəruri xidmətlərin vahid məkanda göstərilməsi onların vaxtına və xərclərinə qənaət etməsinə, bizneslə bağlı məsələlərin daha asan, operativ və fasiləsiz həllinə imkan verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.