Ölkə

Azyaşlı övladının Fransada əllərindən alındığı azərbaycanlı ana DANIŞDI

16 Sentyabr 2025 11:08
Baxış: 1 073
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İddia edilir ki, övladımın başına daşla vurmuşam".

Milli.Az xəbər verir ki, bu sözləri bir müddət əvvəl Almaniya məhkəməsinin qərarına uyğun olaraq, azyaşlı övladının Fransada əllərindən alındığı Gültac Abdullayeva deyib

Onun sözlərinə görə, 2022-ci ildə evlənən Məhəmməd Quliyev və Gültac Abdullayeva ailələrindən uzaqlaşmaq üçün Almaniyada yaşamağa qərar veriblər. Onlara 1 illik viza verilsə də, daha sonra Almaniyada yaşamağa davam ediblər. İlk illərdə ailənin heç bir çətinliyi olmayıb, lakin ikinci övladlarının doğuşdan bağırsaq problemi səbəbindən əməliyyat olunmasından sonra vəziyyət dəyişib.

Ana iddia edir ki, xəstəxanada bəzi tibb bacıları tərəfindən onun barəsində əsassız şikayətlər edilib. Uşağına qarşı şiddət göstərməkdə ittiham ediblər. Bu səbəbdən yerli qurumlar ailənin evinə nəzarət etməyə başlayıb və nəticədə, uşaqlar ailədən alınaraq dövlət himayəsinə verilib. Lakin ana qarşı tərəfdən kamera görüntülərini istəsə də, onlardan cavab ala bilməyib. /ARB TV

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.