Saç boyasından istifadə edən gənc qızın başına sözün həqiqi mənasında iş gəlib.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu görüntü fotomontaj deyil. Saç boyasından istifadə edən gənc qızın, allergik reaksiyadan sonra başı şişib.
Mütəxəssislərin açıqlamasına görə, buna səbəb bəzi saç boyalarının tərkibində olan para-fenilendiamin adlı maddədir. Bu maddə nadir hallarda da olsa güclü allergik reaksiyaya yol aça bilir.
Hadisənin baş vermə səbəbi isə qızın qaydalara əməl etməməsi olub. Saç boyası istifadəsindən əvvəl 48 saat gözlənilməli olan allergiya testi, o, sadəcə 30 dəqiqə gözlədikdən sonra boyanı saçına tətbiq edib. Nəticədə ağır allergik reaksiya yaranaraq başının forması kəskin şəkildə dəyişib.
Həkimlər xəbərdarlıq edir: saç boyası və oxşar kosmetik vasitələrdən istifadə etməzdən əvvəl mütləq allergiya testi aparılmalı və təlimatlara əməl olunmalıdır.
Lalə Qüdrətova
Milli.Az