Ölkə

Bakıda sərnişin avtobus sürücüsünü döydü - VİDEO

15 Sentyabr 2025 21:37
Baxış: 467
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, baş verən insidentlə bağlı Nizami RP-nin 23-cü Polis Bölməsində araşdırma aparılır. Zərərçəkən şəxsin izahatı alınıb.

Əməli törədən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Həmin görüntüləri təqdim edirik:

------------

Bakıda sərinişinlə avtobus sürücüsü arasında insident yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

"Azland Plaza" şirkətinin rəhbəri Tağıyev Ramiz saytımıza bildirib ki, 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb.

Bunu əks etdirən görüntülər də redaksiyamıza təqdim olunub.

İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.

Faktla bağlı polisə məlumat verilib.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.