İdman

Kadi “Benfika” ilə oyundan danışdı

16 Sentyabr 2025 00:52
Baxış: 263
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ" "Benfika" komandasını yaxşı təhlil edib".

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Ətraflı

Yarımmüdafiəçi rəqibə qarşı layiqli mübarizə aparmaq istədiklərini söyləyib:

"Hər birimizin arzusu idi ki, bu cür turnirdə çıxış edək. Bir neçə dəfə Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləsək də, əsas mərhələyə yüksəlmək nəsib olmurdu. İnanırıq ki, ən yaxşı oyunlarımızdan birini göstərəcəyik. Komandamız hər il avrokubokların Liqa mərhələlərində çıxış edir. İnanırıq ki, təcrübəmizdən yararlanacağıq. "Benfika"nı yaxşı təhlil etmişik. Uğurlu nəticəyə ümid edirik".

Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.