Cəmiyyət

Aeroportdan şəhər istiqamətinə yeni taksi QİYMƏTLƏRİ - VİDEO

16 Sentyabr 2025 00:13
Baxış: 489
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Aeroportundan şəhərə işləyən taksilərlə bağlı yeni tələbdən sonra qiymətlər xeyli artıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, aeroport ərazisindən şəhərə taksi sifariş etdikdə qiymət xeyli yüksəkdir. Aeroportun girişindəki şlaqbaumdan çöl hissədə taksi sifariş etdikdə isə nisbətən aşağı olur.

Onu da öyrəndik ki, aeroport ərazisində mobil tətbiqlə taksi sifariş verərkən nisbətən ucuz başa gələn ekonom taksiləri seçmək olmur. Yalnız "Bolt Airport" və "London premium" kateqoriyalarını seçmək olur ki, bu da xeyli bahadır.

Eyni əraziyə "Uber"lə də taksi sifariş etdik. Məlum oldu ki, bu tətbiqdə də seçim məhdudiyyəti var. Yəni yalnız "airport taksi" kateqoriyasını seçmək olur. Bununla isə qiymət 12 manat 50 qəpik təyin edildi.

Ancaq Hava Limanının ərazisindən çöldə şəhər istiqamətində istənilən kateqoriyanı seçmək olur ki, bu zaman qiymətlər yarıbayarı ucuz olur.

"Uber" şirkətinin mətbuat xidmətindən bildirildi ki, şirkət tərəfindən Heydər əliyev Beynəlxalq Aeroportu ərazisindən daşımalar həyata keçirilən zaman məsəfayə uyğun qiymət hesablanır. Aeroportdan daşımalar 5 AZN-dən başlayır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.