Sabah paytaxtın bəzi ərazilərin qaz təchizatında fasilələr yaranacaq.
Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
"Motodrom" qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə fevralın 3-də saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsinin bir hissəsinin və Motodrom ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq", - məlumatda qeyd olunub.
-------------
Sabah Siyəzənin bir hissəsində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Milli.Az xəbər verir ki, buna səbəb diametri 108 millimetr olan yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmadır.
Belə ki, sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Ş.İ.Xətai, A.Zahirov, O.Qoçəliyev, B.Bayramov və H.Z.Tağıyev küçələri olmaqla ümumilikdə 820 abonentin qaz təchizatında fasilə yaranacaqdır.
------------
Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda iki saat qaz olmayacaq.
Milli.Az xəbər verir ki, rayonun Sədərək kəndində korroziyaya uğramış yeraltı qaz borusunun yerüstü boru ilə əvəzlənməsi məqsədilə təmir işləri aparılacaq.
Bu səbəbdən, fevralın 2-də saat 15:00-dan 17:00-dək kənd üzrə 553 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
Milli.Az





