Bu e-poçtu açmadan dərhal silin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kibertəhlükəsizlik üzrə mütəxəssislər Gmail istifadəçilərini hədəf alan yeni bir fırıldaqçılıq üsulu ilə bağlı xəbərdarlıq ediblər.
Milli.Az xəbər verir ki, bildirilir ki,"Google"dan gəlirmiş kimi görünən saxta elektron poçtlar vasitəsilə istifadəçi hesablarına giriş əldə olunmağa çalışılır.
Mütəxəssislərin sözlərinə görə, fırıldaqçılar "Google"ın son e-poçt yeniləməsindən sui-istifadə edərək, qanuni "Google" ünvanlarından göndərilmiş kimi görünən saxta mesajlarla istifadəçiləri aldadırlar.
Bu e-poçtlarda istifadəçilərdən yeni e-poçt ünvanlarını təsdiqləmələri və ya hesab təhlükəsizliyini yoxlamaları xahiş olunur. Mesajlardakı linklər isə "Google" dəstək səhifələrinə bənzədilmiş saxta veb saytlara yönləndirir.
İlk baxışdan fərq edilməsi çətin olan bu saytlarda "Google"ın giriş və təhlükəsizlik səhifələrinin demək olar ki, tam surəti yaradılıb.
Bu linklər vasitəsilə məlumatlarını daxil edən istifadəçilər yalnız Gmail hesablarını deyil, eyni zamanda Google Drive, Photos, Calendar və Google girişi ilə istifadə olunan üçüncü tərəf tətbiqlərini də risk altına salmış olurlar.
Google bu tip mesajlardakı linklərə qətiyyən kliklənməməli olduğunu bildirib. Təhlükəsizlik bildirişlərinin yalnız birbaşa Google hesabının parametrləri üzərindən yoxlanılması tövsiyə olunur. Şirkət qeyd edib ki, brauzeri əl ilə açaraq hesaba daxil olduqda istifadə olunan cihaz, giriş vaxtı və məkan kimi məlumatlar görünür.
Şübhəli e-poçtların dərhal silinməsi və heç bir şəxsi məlumatın paylaşılmaması tövsiyə edilir.
Son dövrlərdə artan məlumat sızmaları da narahatlıq doğurur. Kibertəhlükəsizlik üzrə mütəxəssis Jeremiah Fowler tərəfindən aşkar edilən 149 milyonluq oğurlanmış məlumat bazasında təxminən 48 milyon Gmail hesabına aid məlumatların yer aldığı bildirilir.
Sızdırılan məlumatlar arasında Facebook, Instagram, Yahoo Mail, Netflix, Outlook, eləcə də iCloud, TikTok və Binance kimi platformalara aid məlumatların da olduğu qeyd olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“İbrahim Tatlışiş” restoranında kabab at ətindən bişirilirmiş
-
Lavrov bu ölkəni hədələdi
-
"Ukrayna İrandan üzr istədi"
-
"Qarabağ"da daha bir itki
-
"Doktorlar"ın Elası 17 il sonra ekranlara qayıdır - Bölüm başına 2 milyon alacaq
-
Fərhad Ələkbərov müdiri təyin olundu
-
Bu qızı görənlər dərhal polisə məlumat versin
-
Ronaldo Corcina ilə tanışlığından danışdı
-
Bu universitet müəllimlik oxuyan oğlan tələbələrə pul verəcək
-
Güclü külək əsəcək
-
Kiberpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib - (Video)
-
Kişilərin içkilərinə dərmanlar qatıb öldürürdü - Cənubi Koreya bu qadından danışır - (Foto)
-
ÇL: “Sabah”ın oyununa hansı kanalda yayımlanacaq?
-
Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim" - (Video)
-
Acun Ilıcalı ilə məşhur aparıcı arasında qalmaqal
-
Poqba klubsuz qaldı
-
Sosial media asılılığa çevriləndə nə etməli? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır
-
Kasko sığorta ilə bağlı yeni qaydalar? - (Video)
-
Ukraynanın yeni müdafiə naziri təyin edildi
-
Yeniyetmələr sosial mediada niyə daha həssasdır? – Səhiyyə Nazirliyinin mütəxəssisindən açıqlama
-
Elçin Quliyev ona polkovnik rütbəsi verdi - (Foto)
-
İnternetdəki mənfi şərhlər depressiyaya qədər apara bilər – Səhiyyə Nazirliyinin mütəxəssisindən xəbərdarlıq
-
Həftəsonunun havası açıqlandı
-
İranla danışıqları dayandırmaq əmri verildi





