İdman

"Qarabağ" yeni transferini açıqladı

2 Fevral 2026 19:06
Baxış: 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" heyətinə yeni futbolçu qatıb.

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.

Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın "Mets" klubunun yetirməsi olan arxa xətt oyunçusu "Qarabağ"da 24 nömrəli forma ilə çıxış edəcək.

23 yaşlı oyunçu karyerası ərzində "Mets B", İspaniyanın "Tarazona" və "Melilya" komandalarında da çıxış edib.

Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.