Cəmiyyət

Nazirlər Kabineti icazələrlə bağlı siyahını yenilədi

2 Fevral 2026 20:22
Baxış: 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısında dəyişiklik edib.

Milli.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2016-cı il 24 noyabr tarixli 481 nömrəli qərarla təsdiq edilmiş müvafiq siyahının 27-ci hissəsi yeni redaksiyada təqdim olunub.

Yenilənmiş mətnə görə, siyahıda 27-ci bənd "Qazın saxlanmasına icazə" kimi müəyyən edilib.

Dəyişiklik "Lisenziyalar və icazələr haqqında" qanuna edilən düzəlişlərin və Prezident fərmanının icrasını təmin etmək məqsədi daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.