Cəmiyyət

Bakı-Sumqayıt qatarı “N.Nərimanov” stansiyasında niyə dayanmır ?

2 Fevral 2026 19:35
Baxış: 404
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt elektrik qatarları uzun müddətdir ki, keçmiş "Montin", indiki "Nəriman Nərimanov" stansiyasından keçsə də, burada sərnişin götürmür.

Milli.Az xəbər verir ki, qatarların stansiyada dayanmaması sərnişinlər üçün çətinliklər yaradıb. İnsanlar digər qəsəbələrə və şəhərlərə getmək üçün alternativ olaraq Bakı Dəmiryol Vağzalına üz tuturlar.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC- dən bildirilib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə dayanmalar əsasən sərnişin tələbatının yüksək olduğu ərazilərdə nəzərdə tutulur:

"Nərimanov" stansiyasının bu səbəbdən dayanacaq olmaması stansiya ilə Bakı Dəmiryol Vağzalı arasındakı qısa məsafə və aşağı sərnişin tələbatı ilə izah olunur".

Eyni zamanda, qurumun açıqlamasında vurğulanır ki, Bakı və ətraf ərazilərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi proqramına uyğun olaraq, 2030-cu ilədək həm mövcud xətlərdə yeni dayanacaqların yaradılması, həm də bəzi stansiyalarda, o cümlədən "Nərimanov" stansiyasında qatarların dayanması planlaşdırılır.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.