Hər il 11 milyon insan bu xəstəlikdən ölür - Kimlər risk altındadır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə mütəxəssis Dr. Müberra Hraloğlu sepsisin ölümcül nəticələri barədə xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, orqanizmin bakteriya, virus, göbələk və ya parazitlərin yaratdığı infeksiyalara qarşı həddindən artıq və nəzarətsiz immun reaksiyası nəticəsində inkişaf edən sepsis vaxtında aşkarlanmadıqda sürətlə irəliləyir və ölümlə nəticələnə bilər.
Statistikaya əsasən, sepsis hər il dünyada təxminən 50 milyon insana təsir edir və onların 11 milyonu həyatını itirir.
Dr. Hraloğlu bildirib ki, xəstəlik yalnız xroniki xəstələr üçün deyil, zahirən sağlam görünən insanlar üçün də təhlükə yaradır:
"Sepsisin ən böyük riski onun çox tez pisləşə bilməsidir. Hətta sağlam görünən bir insan qısa müddətdə həyati təhlükə ilə üz-üzə qala bilər", - deyə mütəxəssis vurğulayıb.
Risk qrupuna xüsusilə yaşlılar, körpələr, immun sistemi zəif olan şəxslər və xroniki xəstəlikləri olanlar daxildir. Reanimasiyada müalicə alan pasiyentlər də sepsisin yüksək riski altındadır.
Əlamətlər nələrdir?
Sepsis digər infeksiyalarla qarışdırıla bilər. Mütəxəssis xəbərdarlıq edir ki, aşağıdakı əlamətlərdə diqqətli olmaq lazımdır:
yüksək hərarət
sürətli nəbz
nəfəs darlığı
çaşqınlıq
ağır halsızlıq
Dr. Hraloğlu qeyd edib ki, vaxtında müdaxilə həyat qurtara bilər: antibiotiklərin istifadəsi və reanimasiya dəstəyi müalicənin əsas hissəsidir. Lakin ən təsirli yanaşma profilaktikadır:
gigiyena qaydalarına riayət etmək,
peyvənd olunmaq,
infeksiya əlamətlərini vaxtında qiymətləndirmək.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezidenti İlham Əliyev: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir
-
Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil - Kamaləddin Qafarov
-
Prezident İlham Əliyev Petr Paveli təbrik edib
-
Xalq artisti: “Heç vaxt ərə gedib, başqa kişidən uşaq doğmaram” (Video)
-
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
-
Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir
-
Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
-
“Güllü”nün qızı ilə bağlı qorxunc iddialar üzə çıxdı - Xəstələrə iynə vuraraq...
-
Prezident İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
-
Xaçmazda avtomobil piyadanı vurub öldürdü
-
Özünü vergi əməkdaşı kimi təqdim edərək sahibkardan 500 manat aldı - (Video)
-
Tramp Cinpinlə görüşəcək
-
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
-
Yamalın atası hava limanında aləmi bir-birinə qatdı
-
İstanbulda dörd mərtəbəli bina çökdü
-
Ukrayna Rusiya ordusunun itkilərini açıqladı
-
Azərbaycan nefti 4 faiz ucuzlaşdı
-
"Barselona" Xulian Alvaresə görə cərimələndi
-
Təbii qazın qiyməti artdı
-
Kıvanç Tatlıtuğun qarınlı halı süni intellekt deyilmiş... (Video)
-
Diktə edəcək kimsə yoxdur: Bakı özgə qərarlar dövrünü bağladı
-
Akif Beybutov vəfat etdi
-
İsmayıl Qartal qəzaya düşdü
-
Selin dağıtdığı körpünün yerində yenisi inşa edildi





