Mədəniyyət

Mövsümün ilk müsabiqəsinin qalibi siz ola bilərsiniz!

21 Oktyabr 2024 14:46
Baxış: 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

27 oktyabr tarixində "Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi və Azərbaycan Rəqs Asossasiyası"nın birgə əməkdaşlığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı səhnəsində "Payız Əfsanələri 2024" İncəsənət və Rəqs müsabiqəsi keçiriləcək!

Mövsümün açılış müsabiqəsi olan "Payız əfsanələri" müsabiqəsi artıq 7 ildir ki, böyük marağa səbəb olur və müvəffəqiyyətlə həyata keçirilir. Qeyd etmək lazımdır ki, müsabiqə beynəlxalq dərəcəli müsabiqədir. Bakı və Azərbaycanın digər regionları ilə yanaşı, Belarus Respublikasından, İrandan, Gürcüstandan müraciət ərizələri qəbul olunmuşdur.

Bu uğurlu layihələrin təsisçisi- "Azərbaycan Rəqs Asossasiyası"nın prezidenti Əziz Əzizov müsabiqənin əhəmiyyəti barədə bildirir ki, müsabiqənin təşkilində əsas məqsəd istedadlı uşaqlara və gənclərə dəstək göstərmək, onların səhnəyə çıxmaları və özlərini inkişaf etdirmələrinə, sağlam rəqabətin formalaşmasına, mövcüd istedadlarının qabardılmasına şərait yaratmaqdan ibarətdir. 
Müsabiqə zamanı iştirakçılar bir neçə janrda (folklor, klassik, estrada) və incəsənətin bir çox sahələri (mahnı, teatr, vokal, bədii qiraət, təsviri incəsənət xoreoqrafiya, moda) üzrə çıxış edəcəklər. Dörd yaşdan başlayaraq hər bir kəs yarışmada öz istedadını, performansını nümayiş etdirə bilər. 
Hər bir incəsənət sahəsi üzrə çıxışlar münsiflər tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndiriləcək, qaliblər müəyyən olunacaq. Müsabiqənin qalibləri sonda təntənəli mərasimlə mükafatlandırılacaqlar. 

Müsabiqənin münsiflər heyəti ölkəmizin dəyərli, əməkdar incəsənət xadimləri və xalq artistlərindən ibarətdir.

Qeydiyyat üçün nəzərdə tutulan son tarix: 24.10.2024

Qeydiyyatdan keçmək, şərtlərlə daha yaxından tanış olmaq, əsasnamə və ərizə formalarını əldə etmək üçün 050 250 22 93 nömrəsilə əlaqə yarada bilərsiniz.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.