Kriminal

Çingiz Mehdiyev məhkəməyə əsa ilə gəldi - FOTO

21 Oktyabr 2024 19:10
Baxış: 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula 1"ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin şöbə rəisi Çingiz Mehdiyev qəza keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Mehdiyev yol qəzasında xəsarət alıb.

Ayaqları tutulan təqsirləndirilən şəxs vəkillərinin yardımı və əsa ilə məhkəmə zalına gəlib.

Prosesdə bir nəfər şahid iştirak edib. O, istintaqdakı ifadəsini təsdiq edib.

Qeyd edək ki, Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili vaxtı vəzifə saxtakarlığı edərək 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. Mehdiyev həbsdə deyil. O, ibtidai və məhkəmə istintaqı dövrü müddətində polisin nəzarətinə verilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.