Azərbaycan Milli İncəsənət Muzeyində “Zamanın qanadlarında. Vüqar Əli ”sərgisinin açılışı keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Milli İncəsənət Muzeyində müasir təsviri sənətin tanınmış nümayəndəsi, Əməkdar rəssam Vüqar Əlininəsərlərindən ibarət "Zamanın qanadlarında. Vüqar Əli" adlısərginin açılışı və eyniadlı kitabın təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, dosent Şirin Məlikova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, kitabın müəllifi, ADMİU-nun prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova çıxış ediblər. Onlar öz çıxışlarında rəssamın əsərlərində milli-mənəvi dəyərlərin, nağıl motivlərinin və simvolik obrazların xüsusi yer tutduğunu vurğulayıblar. Həmçinin rəssam haqqında Sevil Kərimova tərəfindən yazılmış monoqrafiyanın əhəmiyyəti qeyd olunub. Azərbaycan və ingilis dillərində hazırlanmış nəşrdə rəssamın obrazlar sistemi, simvolik dili və plastik ifadə vasitələrinin milli- mədəni kodlarla əlaqələndirərək daha geniş kontekstdə təqdim olunduğu bildirilib.
Sonda Vüqar Əli çıxış edərək sərginin və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib və qonaqları sərgi ilə tanış olmağa dəvət edib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın 40-a yaxın əsəri nümayiş olunur. Vüqar Əlinin ənənə və müasirliyin vəhdəti ilə seçilən əsərlərindən ibarət sərginin konsepsiyası rəssamın yaradıcılığına ümumi baxış üzərində qurulub. Onun əsas mövzularından biri olan və milli nağıl motivlərindən qaynaqlanan Nar qızı, Nargilə və Nar pərisi obrazları fərdi estetik yozumda təqdim edilir. 1980-ci illərdən etibarən bu mövzu rəssam üçün tükənməz ilham mənbəyinə çevrilib, müxtəlif rakurs və formatlarda yeni bədii interpretasiyalarla zənginləşdirilmişdir.
Sərgidə nümayiş olunan əsərlər yalnız təsvir olunan süjetlə kifayətlənmir, eyni zamanda rəssamın daxili dünyasını, emosiyalarını, enerjisini və gözləntilərini tamaşaçıya ötürür. Üslubi həll Vüqar Əlinin formalaşmış dəst-xəttini əks etdirməklə yanaşı, mürəkkəb inkişaf prosesini də nümayiş etdirir. Rəssam ənənəvi akademik məktəbin nailiyyətlərini avanqard yanaşma ilə sintez edərək formanı deformasiyaya uğradır və yeni plastik həllər yaradır. Rəng və ritm vasitəsilə isə kompozisiyalara dinamiklik qazandırır.
Rəssamın yaradıcılığında elm və sənətin vəhdəti xüsusi yer tutur. Professor Xudu Məmmədovun ideyalarından təsirlənən rəssam kristalloqrafiyanın prinsiplərini ornamental təsvirlərlə əlaqələndirir. Bu yanaşma onun yaradıcılığında həm struktur, həm də estetik səviyyədə özünü göstərir. Son dövrlərdə isə onun yaradıcılığında həcmli kompozisiyalar və Azərbaycan miniatür sənətinə maraq daha qabarıq şəkildə müşahidə olunur.
Əsərlərdə plastik və zərif siluetlər qədim arxetiplərlə səsləşir, musiqi və muğamla assosiativ bağlılıq yaradır. Fiqurların dinamikası və kompozisiya quruluşu vizual harmoniyanı təmin edərək ümumi ekspozisiya mühitinin bədii ovqatını formalaşdırır.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimovanın müəllifi olduğu "Zamanın qanadlarında. Vüqar Əli" monoqrafiyasında rəssamın həyatı və yaradıcılıq mərhələləri, estetik baxışlarının təkamülü və milli-mənəvi dəyərlərə münasibəti ardıcıl şəkildə təhlil edilir, onun fərdi üslubu tarixi-mədəni kontekstdə elmi-publisistik yanaşma ilə əksini tapır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
II Opera Günləri layihəsinin açılış mərasimi keçirildi Video - Foto
-
“Balabanın sehrində” adlı milli musiqi gecəsi keçirilib - FOTO
-
Xalq Çalğı Alətləri Orkestrinin 28 May – Müstəqillik Gününə həsr olunmuş konserti olub - FOTO
-
“25 il işlədim, artıq BƏSDİR”
-
Ülviyyə Həmzəyeva yenə SƏDR OLDU
-
Tanınmış aktrisa vəfat etdi
XƏBƏR LENTİ
-
Türkiyədə sərnişin avtobusu yanıb, ölənlər var
-
Goranboyda ağır QƏZA - Xəsarət alanlar var
-
"Taleyim belə gətirdi, peşman deyiləm"
-
Elm adamları açıqladı: Qocalmanın sürətləndiyi iki xüsusi yaş dövrü var
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Evinizə bu heyvanları gətirin - Rahatlıq və xoş əhval qazanacaqsınız
-
Alçadan mürəbbə necə hazırlanır? - Ev şəraitində asan resept
-
Bunu etsəniz, işıq pulu az gələcək
-
Geyimi ilə sosial medianı iki yerə böldü - FOTO
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
İtaliyada toy edəcəklər
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
-
İran və ABŞ arasında mümkün anlaşmanın detalları açıqlandı
-
Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Masazırda 8 saat işıq olmayacaq
-
PSJ yenə çempionlar çempionudur
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Komandamız bədii gimnastika üzrə 42-ci Avropa Çempionatında iştirak edir - FOTO
-
Onların qolları 8 illik həsrətə son qoydu
-
Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistandan reaksiya
-
Zelenskidən Rusiyaya qarşı yeni sanksiyalar
-
İrəvanda hərbi parad: Diqqət çəkən İran silahları - FOTO





