Hadisə, Kriminal

Bakıda 2 qadın amansızcasına qətlə yetirildi - YENİLƏNİB

11 Aprel 2026 13:26
Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, öldürülən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az
_____________

Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib.

Milli.Az xəbər verir ki, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək./qafqazinfo

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.