Dünya

Paşinyanın kortejində qəza: Ölən və yaralanan var

11 Aprel 2026 11:17
Baxış: 515
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən polis avtobusu qəzaya düşüb.

Milli.Az xəbər verir ki, hadisə 11 aprel səhər saatlarında Kuçak-Aparan yolunda qeydə alınıb.

İlkin məlumata əsasən, Daxili İşlər Nazirliyinə məxsus "Honda" markalı avtobus "Nissan" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində bir nəfər həyatını itirib, 12 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Hadisədən sonra Paşinyan sosial şəbəkədə Aparan şəhərindən video paylaşaraq səfərinin davam etdiyini göstərib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.