Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı yeni detallar məlum olub.
Milli.Az xəbər verir ki, həmin narkotik aludəçisi olub.
O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilibmiş.
Bir müddət əvvəl azadlığa çıxıb və Nuranə İsgəndərli ilə tanış olub. Həmin vaxta qədər Nuranə İsgəndərli Xırdalanda xalası qızı Pərişan Süleymanova ilə birlikdə yaşayırmış.
Bir ay əvvəl isə həmin şəxs Nuranə ilə birlikdə Masazır qəsəbəsinə kirayə köçüb./oxu.az
Milli.Az
____________
Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub.
Milli.Az xəbər verir ki, hadisə zamanı qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib.
Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub./oxu.az
Milli.Az
_____________
Masazırda evdə qətlə yetirilən qadınların şəxsiyyəti məlum olub.
Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, öldürülən şəxslərin 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı ildə anadan olmuş Nuranə Rüstəm qızı İsgəndərli olduqları müəyyənləşdirilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Milli.Az
_____________
Masazır qəsəbəsində 2 nəfər qətlə yetirilib.
Milli.Az xəbər verir ki, bu gün Abşeron rayonu Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək./qafqazinfo
Milli.Az