Unutqanlıq təhlükə siqnalı ola bilər - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik həyatda tez-tez rast gəlinən unutqanlıq əksər hallarda normal qəbul edilsə də, mütəxəssislər bəzi hallarda bunun ciddi xəstəliklərin erkən əlaməti ola biləcəyini bildirir.
Milli.Az xəbər verir ki, xüsusilə təkrarlanan, getdikcə artan və gündəlik həyata təsir edən unutqanlıqların "normal" sayılmaması tövsiyə olunur.
Türkiyəli nevroloq Hasan Armağan Uysalın sözlərinə görə, hər unutqanlıq eyni deyil və normal unutqanlıqla xəstəliyə bağlı yaddaş problemləri arasında ciddi fərq var. O bildirib ki, adi hallarda insan unutduğu məlumatı sonradan xatırlaya bilir, lakin xəstəliyə bağlı unutqanlıqda məlumat tam itir və insan eyni sualları dəfələrlə təkrarlayır, bunu isə özü fərq etmir.
Qeyd edib ki, gündəlik həyata təsir edən əlamətlər, məsələn tanış yerdə yolunu itirmək, maliyyə işlərində çətinlik, yemək hazırlayarkən mərhələləri unutmaq və ya söz tapmaqda çətinlik ciddi siqnal hesab olunmalıdır.
Unutqanlığın ən çox bilinən səbəblərindən biri olan Alzheimer xəstəliyinin adətən gizli başladığını deyən həkim vurğulayıb ki, ilkin mərhələdə yeni məlumatları öyrənmək çətinləşir, eyni suallar təkrar olunur və əşyalar qeyri-adi yerlərə qoyulur. Xəstəlik irəlilədikcə isə insanın qərarvermə və gündəlik həyatı təşkil etmə qabiliyyəti zəifləyir.
Bununla yanaşı, hər unutqanlığın ciddi nevroloji problem olmadığını deyən həkim, xüsusilə gənclərdə səbəblərin fərqli olduğunu bildirib. Onun sözlərinə görə, yuxusuzluq, stress, depressiya və rəqəmsal informasiya yükü diqqəti zəiflədir və bu da yaddaş problemləri kimi özünü göstərir.
Mütəxəssis unutqanlıq artdığı və ya davranış dəyişiklikləri ilə müşayiət olunduğu halda gecikmədən həkimə müraciət etməyi tövsiyə edir. Erkən diaqnozun xəstəliyin gedişini idarə etmək və həyat keyfiyyətini qorumaq baxımından mühüm rol oynadığı vurğulanır.
Həkim həmçinin yaddaşı qorumaq üçün sağlam həyat tərzinin vacibliyini qeyd edib. Müntəzəm idman, keyfiyyətli yuxu, sosial aktivlik və yeni biliklər öyrənmək beynin sağlam qalmasına kömək edir.
Həmçnini vurğulanıb ki, xüsusilə vitamin çatışmazlığı və ya psixoloji səbəblərlə bağlı olduqda unutqanlıq geri dönə bilər. Lakin Alzheimer kimi xəstəliklərdə tam sağalma mümkün olmasa da, düzgün müalicə ilə prosesi yavaşlatmaq mümkündür
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Ebola" sürətlə yayılır, ölənlərin sayı 131-ə çatdı
-
Günorta yuxusunun faydaları: Qısa istirahət sağlamlığa necə təsir edir?
-
Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin
-
Bu yaşlarda bədəndə ciddi dəyişikliklər başlayır - Alimlər açıqladı
-
Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər
-
Koronavirusun yeni ştammı AŞKARLANDI
XƏBƏR LENTİ
-
Qəhvənin toxunma qavrayışını dəyişdirə bildiyi məlum oldu
-
Hazır cavab dövrü: Süni intellekt asılılığı insan zəkasını gerilədir?
-
Tikə kabab marinadının 4 qızıl qaydası
-
Minillik ağacın gövdəsindən ev düzəltdilər
-
"Tesla"nın gizli mənası məlum oldu: İllərdir "T" hərfi hesab edirdik
-
Süni intellekt gələcəyin "qızıl" peşələrini seçdi: Ən çox qazandıracaq sahələr
-
Ağ Evin damına dronlar yerləşdiriləcək
-
“Niyə orada ölmədilər, Ermənistanda peyda oldular?”
-
“Yorğanımız heç vaxt ayrılmasın” - Ərini belə təbrik etdi
-
Bakı-Tbilisi-Bakı qatarının FOTOları
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO





