İdman

"Psixoloqa gedirəm" - Murad Musayev

21 Oktyabr 2024 17:58
Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya çempionatının 12-ci turunun "Spartak"la oyunundan (3:0) sonra "Krasnodar"ın baş məşqçisi Murad Musayev cari mövsümdə aldığı sarı vərəqələrdən danışıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Sabah"ın sabiq baş məşqçisi psixoloqa müraciət etdiyini deyib.

"Mən 5 sarı vərəqə ilə necə yaşayıram? İndi ciddi sual verirsiniz? Mən psixoloqa gedirəm, bilmirəm. Mən heç vaxt hakimləri təhqir etmirəm. Kartlarıma görə cərimə ödəyirəm. Özümü saxlamağa çalışıram, amma bacarmıram. Bir neçə oyunda sınadım, amma indi alınmadı. Mən bütün kartları layiqincə aldım. Amma heç kimi təhqir etmirəm", - Musayev deyib.

12 oyundan sonra "Krasnodar" 30 xal toplayıb və RPL turnir cədvəlində birinci yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.